İrəvanda gərginlik: Erməni deputat döyüldü - VİDEO

İrəvanda gərginlik: Erməni deputat döyüldü - VİDEO "Yerablur" hərbi panteonunun ərazisində erməni deputatlarla müharibədə ölən hərbçilərin yaxınları arasında dava düşüb.
Yenilik.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, ölən əsgərlərin yaxınları panteona gələn Mülki Müqavilə Partiyasından olan deputatlar Akop Aslanyan və Ovik Ağarzayanın qarşısını kəsiblər.
Onlar deputatları "satqın" və "türk" adlandıraraq panteon ərazisini tərk etmələrini tələb ediblər. Hətta bir nəfər Ovik Ağarzayana zərbə də endirib.
Hadisə yerinə gələn polis qüvvələri deputatları panteonun ərazisindən çıxarıblar.

Geri qayıt