Zaxarova sülhməramlıların öldürülməsini şərh etdi

O, qeyd edib ki, İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, "xoşbəxtliyi" NATO və Aİ-də axtarmağı tərcih edib.
"Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir", - Zaxarova vurğulayıb.
XİN rəsmisi bildirib ki, İrəvanın bu qərarı Qarabağ məsələsinin nizamlanmasında həlledici rol oynayıb.