Abramyandan Paşinyan haqqında ŞOK SÖZLƏR 

Abramyandan Paşinyan haqqında ŞOK SÖZLƏR  “Ermənistan hökuməti, heç birimiz sizin xəyanətkar davranışlarınıza şübhə etmirik, lakin siz Qarabağdan hərəkəti ləngitmək üçün Kornidzorda süni xaos yaratmaqla öz vicdanınızı tamamilə itirdiniz”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentində müxalif “Şərəf duyuram” parlament fraksiyasının katibi Tiqran Abramyan öz feysbuk səhifəsində belə bir müraciət edib.
“Azərbaycanlılar azmış kimi, yerli iqtidar da erməniləri bir çox şeydən məhrum edir. İnsanların hərəkətini sürətlə tənzimləyin - sosial təminatdan tutmuş, avtomobillərin keçidinə qədər. Paşinyan hökumətinin əxlaqsızlığının həddi-hüdudu yoxdur”, - deyə Abramyan yazıb.

Geri qayıt