Tramp: “Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi”

Tramp: “Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi” ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, dövlət başçısı Cozef Bayden hazırda ən yaxşı formada deyil. 
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 
Ayova ştatında keçirilən mitinqdə çıxış edən Tramp deyib: “Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi, amma artıq heç ən yaxşı vəziyyətdə də deyil”. 
Tramp hesab edir ki, planet Üçüncü Dünya müharibəsinə əvvəlkindən daha yaxındır. ABŞ-ın keçmiş rəhbəri amerikalıları belə müharibədən qoruyacağına söz verib, eyni zamanda Bayden administrasiyasını açıq-aşkar zəif xarici siyasət yürütməkdə ittiham edib. 
 

Geri qayıt