Xamneyi İsrailin hərbi cəhətdən uduzduğunu düşünür

"Belə olan halda, mehr ayının 15-də (7 oktyabr - qeydi) işğalçı sionist rejim (İsrail nəzərdə tutulur - qeydi) həm hərbi, həm də kəşfiyyat baxımından geri dönməz məğlubiyyətə uğradı", - Xamneyi deyib.
"Tasnim" agentliyi dövlət rəhbərindən sitat gətirib. “Hamı məğlubiyyətin qeyri-mümkün olduğunu söyləyirdi” deyən Xamneyi əlavə edib ki,HƏMAS-ın hərəkətləri işğal rejiminin suverenliyinin bəzi əsaslarını məhv edib, onu bərpa etmək o qədər də asan olmayacaq”.