İsraildən SENSASİON etiraf gəldi: "Bunu gözləmirdik"

İsrail Ordusunun sözçüsü Daniel Hagari əməliyyat haqqında "bu qədərini gözləmədiklərini" etiraf edib.
“HƏMAS-ın hücumlarına başlamazdan bir gecə əvvəl (əməliyyatın başladığı 7 oktyabrdan əvvəl nəzərdə tutulur - red.) bəzi kəşfiyyat siqnalları aldıq, lakin bu hadisə ilə bağlı heç bir konkret kəşfiyyat xəbərdarlığı yox idi. Belə bir hadisəni başa düşə bilmədik. Hər şeyi ətraflı araşdıracağıq” - Hagari bildirib.