Baydendən İLGİNC AÇIQLAMA

Baydendən İLGİNC AÇIQLAMA "Beynəlxalq arenada növbəti 1-2 ildə baş verən hadisələr dünyanın ən azı yarım əsrlik simasını müəyyən edəcək".
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri Ağ Evdə Çili prezidenti Qabriel Boriklə görüşündə ABŞ prezidenti Co Bayden səsləndirib.
"Dünyanın sürətlə dəyişməsi vaxtları az olmayıb. Biz indi belə bir dövrdən keçirik. Düşünürəm ki, yaxın 2 və ya 3 ildə baş verənlər dünyanın növbəti 5-6 onillikdə necə görünəcəyini müəyyənləşdirəcək", - deyə Bayden qeyd edib. Onun bu sözlərini çilili həmkarı da təsdiqləyib.
ABŞ prezidenti çilili həmkarı ilə zarafat da edib. 80 yaşlı Bayden "Səninlə yeganə problemim çox gənc olmağındır" - deyib.
Qeyd edək ki, 37 yaşlı Çili prezidenti Qabriel Borik dünyanın ən gənc dövlət başçılarından biridir.

Geri qayıt