Avstraliyada reysə gecikən qadın təyyarənin qalxmasını dayandırmaq üçün hava limanının uçuş-enmə zolağına qaçıb.
Yerli medianın yazdığına görə, ümidsiz sərnişin təhlükəsizlik xidmətinin yanından keçib, sonra pilotun diqqətini cəlb etməyə çalışıb: qollarını yelləyib, ona nəsə qışqırıb. Kanberra beynəlxalq aeroportunda baş verənləri hadisə şahidi lentə alıb. Məlumata görə, pilot təyyarəni ləngidib, amma qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.//Oxu.az