Putin 2030-cu ilə qədər prezident olmaq istəyir

Putin 2030-cu ilə qədər prezident olmaq istəyir Rusiya prezidenti Vladimir Putin martda keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib. Bu addım ona ən azı 2030-cu ilə qədər hakimiyyəti saxlamağa imkan verəcək. 
Bu barədə “Reuters” məlumat verib.
“Kremldə hesab edirlər ki, məhz Putin ölkəni ən çətin dövrdən keçirməlidir”, - deyə məsələnin həssaslığına görə anonimlik şərti ilə danışan mənbələr bildiriblər. 
Onların sözlərinə görə, artıq Putinin qərarı ilə bağlı məlumatlar sızıb və onun müşavirləri hazırda seçki kampaniyasına hazırlaşır.
Xatırladaq ki, 2024-cü ildə analoji olaraq Ukraynada da prezident seçkiləri keçiriləcək. Ukraynada seçkilərin gələn ilin martın 31-də keçirilməsi planlaşdırılır. 

Geri qayıt