Trampın iddiası: Tehrandan mənimlə əlaqə saxladılar

Trampın iddiası: Tehrandan mənimlə əlaqə saxladılar İran Ayn əl-Əsədəki bazaya hücumu qabaqcadan ABŞ-la razılaşdırıb.
Bunu keçmiş prezident Donald Tramp deyib.
O, çıxışı zamanı iddia edib ki, 2020-ci il yanvarın 3-də Qasim Süleymaninin öldürülməsindən sonra İran hökuməti onunla əlaqə saxlayıb və qisasa əməliyyatı öncəsi n“narahat olmayın” mesajını verib.
Tramp əlavə edib ki, İran tərəfi Amerikanın İraqdakı bazasına 18 raket atılacağını, lakin onların heç birinin hədəfə dəyməyəcəyini bildirib.

Geri qayıt