Qış günü dənizdə çimdilər - VİDEO

Qış günü dənizdə çimdilər - VİDEO Türkiyənin Mersin şəhərində günəşli havanı görənlər dənizdə çimiblər.
Mersində təxminən 10 gündür fasilələrlə davam edən fırtına və yağışlı havanın ardından günəş çıxıb.
Havanın və dənizin temperaturunun 22-23 dərəcə olduğu şəhərdə turistlər çimib, çox sayda insan ailəsi ilə birlikdə sahildə gəzintnin dadını çıxarıb.
Gəzməyə gələn bəzi vətəndaşlar qayıqla dənizdəki qalaya gediblər. Dənizdə qalanı ziyarət edən vətəndaşlar xatirə şəkli çəkdirib./BAKU.WS

Geri qayıt