Putin BƏƏ-yə gedir

Putin BƏƏ-yə gedir Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-sı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. 
Onun sözlərinə görə, Putinin sözügedən ölkələrə səfərləri 1 sutkadan artıq vaxt tələb etməyəcək.

Geri qayıt