DÜNYA ŞOKDA: ABŞ-a daha bir hücum - Müharibə alovlanır...

DÜNYA ŞOKDA: ABŞ-a daha bir hücum - Müharibə alovlanır... Xəbər verdiyimiz kimi, ötən gecə İran ordusu ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi endirib. İranın dövlət televiziyası 80 amerikalı əsgərin öldüyünü açıqlayıb.[banner_yaziortasi]{banner_yaziortasi}[/banner_yaziortasi]
Redaktor.az xəbər verir ki, İraqdakı “Haşdi Şabi” qruplaşması da ABŞ-a hücum edəcəklərini açıqlayıb. Lakin hücumun nə zaman ediləcəyi, hədəflər haqda məlumat verilməyib.

İranın dini lideri Seyyid Əli Xamenei isə ötən gün gerçəkləşdirlən hücumla bağlı açıqlama verib:

"ABŞ istəyir ki, İraqı Səudiyyə Ərəbistanı rejiminə çevirsin. Biz amerikalıların üzünə sillə ilişdirdik”.

Qeyd edək ki, ABŞ raket hücumları nəticəsində amerikalı əsgərlər arasında tələfat olmadığını bildirib.
Geri qayıt