Təyyarə magistral yola düşdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

 Təyyarə magistral yola düşdü - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR Çilinin Talka şəhərində Milli Meşə Korporasiyasının (CONAF) yüngül mühərrikli "S2R-T660" təyyarəsi qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki “EnElAire” səhifəsində məlumat verilib.
Qeyd edilib ki, təyyarə Panqilemo aerodromunun yaxınlığındakı şossedə qəzaya uğrayıb. Qəzaya səbəb pilotun idarəetməni itirməsi olub.
Milli Meşə Korporasiyası xəbər verir ki, qəza nəticəsində pilot həlak olub, 4 nəfər isə xəsarət alıb.

Geri qayıt