Putindən ŞOK AÇIQLAMA: Rusiya hazırdır!

Putindən ŞOK AÇIQLAMA: Rusiya hazırdır! Rusiya Federasiyası hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "RİA Novosti"yə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı heç vaxt taktiki nüvə silahından istifadəyə ehtiyac olmayıb.
"Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Nüvə qüvvələri daim döyüş hazırlığı vəziyyətindədir", - deyə Vladimir Putin bildirib.
O qeyd edib ki, Rusiya nüvə triadası (dəniz, quru və hava silahları) digərlərindən daha müasirdir.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar hazırda nüvə qüvvələrinin müasirliyini artırmaq üçün məqsədlər qoyur və bütün komponentlərini inkişaf etdirir.
V.Putin ABŞ-ın nüvə sınaqları keçirəcəyi təqdirdə Rusiyanın da sınaqlar keçirəcəyini istisna etməyib.

Geri qayıt