Putin: “Əvvəlcə, görək, Fransa Ukraynaya qoşun göndərir, ya yox”

“Mən Fransa prezidenti deyiləm, qərarlar qəbul etmirəm... Əvvəlcə sualınıza cavab alacaqsınız: orada qoşun olacaq, yoxsa yox. Sonra bu addımın nəticələrini nəzərdən keçirəcəyik”, - deyə Putin cavab verib.
Fransa prezidenti Emmanuel Makron dəfələrlə ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyündən danışıb. Lakin o, bunun lazım olmayacağına ümid edir.
Fransa liderinin sözlərini şərh edən Kreml bildirib ki, Avropa ölkələrinin başçıları Kiyevin və onun rejiminin tezliklə dağılacağından xəbərdar olduqları üçün qəsdən gərginliyi artırırlar.