Peskov Rəisinin ölümünə sevinən Blinkeni "ədəbsiz" adlandırdı

Peskov Rəisinin ölümünə sevinən Blinkeni  “ABŞ dövlət katibi Antoni Blinkenin İran prezidentinin ölümü ilə bağlı açıqlamasını yöndəmsiz və ədəbsiz adlandırmaq olar”.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə səsləndirib.
İran prezidenti İbrahim Rəisinin həlak olması barədə ABŞ dövlət katibinin bəyanatına münasibət bildirən Kremlin rəsmi nümayəndəsi deyib ki, belə səviyyəli diplomatın Rəisinin ölümünə sevinməsini özünə yaraşdırmasına inanmaq onun üçün çətin olub.
Antoni Blinken bildirib ki, İbrahim Rəisinin təyyarə qəzasında həlak olmasından İran xalqı və bütövlükdə dünya udub.

Geri qayıt