İranda nüvə mərkəzi Rəisinin adını daşıyacaq

"Prezidentin ölkədə nüvə sənayesi və nüvə texnologiyasının inkişafına xüsusi diqqətini nəzərə alaraq İsfahan nüvə zonasına şəhid Ayətullah Rəisinin adı verilib", - məlumatda deyilir.
Uran emalı mərkəzi ölkədə nüvə yanacağının istehsalında böyük rol oynayır. 2024-cü ilin fevralında mərkəzin ərazisində gücü 10 MVt olan dördüncü tədqiqat nüvə reaktorunun tikintisinə başlanılıb.
Reaktorun gücü ölkənin bütün daxili ehtiyaclarını ödəməklə yanaşı, İrana bu məhsulları ixrac etmək imkanı da verəcək.