Trampdan gözlənilməz açıqlama: Moskva və Pekini bombalamağa hazıram

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, seçki kampaniyası çərçivəsində donorlarla görüşlərinin birində bildirib. Həmin məlumatı etbarlı mənbələr “The Washington Post” qəzetinə çatdırıblar.
Onların sözlərinə görə, Tramp bu cür bəyanatlarla “bəzi donorları təəccübləndirib”. Bu ilin noyabrında prezidentliyə namizədliyini irəli sürməyi planlaşdıran keçmiş prezident donorlardan milyonlarla dollar istəyir.