Fransada seçki məntəqəsinin sədrinə hücum olub

"Bomet məktəbindəki seçki məntəqəsinin sədrinə Respublikaçılar Partiyasının lideri Erik Skiotti tərəfindən təyin edilmiş müşahidəçinin hücumunu şiddətli şəkildə qınayıram”, - mer qeyd edib.
"Nitsa-Matin” qəzetinə görə, müşahidəçi seçki komissiyasının tərkibinə etiraz edib. Erik Skiotti müşahidəçinin zorakılığını pisləyib və onun davranışını "açıq-aşkar yersiz” adlandırıb.
Müşahidəçi polis tərəfindən saxlanılıb.
İyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir.