ABŞ Prezidenti Cozef Bayden seçki yarışından geri çəkilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bayden "X" səhifəsində açıqlama yayıb. O bildirib ki, səlahiyyət müddəti başa çatana kimi prezident postunda qalacaq. "Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq".