“ABŞ səfirliyinin fəaliyyəti ona görə bərpa olunmur ki...” - PESKOV

“Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyinin fəaliyyəti ona görə tam bərpa olunmur ki, de-fakto ikitərəfli münasibətlər yoxdur”, - Peskov bildirib.
Qeyd edək ki, 2021-ci ildə rəsmi Moskva ABŞ diplomatik missiyası tərəfindən Rusiya və üçüncü ölkə vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər tətbiq edib. ABŞ səfirliyi həmin il mayın 12-dən etibarən konsulluq xidmətlərinin sayını azaldacağını, eləcə də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılmasını dayandıracağını bildirib.