Türkiyədə "Instagram" a giriş bağlandı

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, İnstaqramın səhər saatlarından nə mobil cihazlarda, nə də kompüterlərdə istifadəsi mümkün olmayıb.
“Avqustun 2-də "Instagram.com"a giriş İnformasiya Texnologiyaları və Kommunikasiya Şurasının qərarı ilə bağlanıb”, - məlumatda qeyd olunub.
Bloklamanın səbəbləri və müddəti göstərilmir.