“İran həyatıma təhdidlər yaradır”

“ABŞ Silahlı Qüvvələri müşahidə edir və gözləyirlər. İran artıq addımlar atsa da, uğura nail olmayıb. Lakin o, yenidən cəhd edəcək”, - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, hazırda nə vaxtsa olduğundan daha çox sayda insan və silahla əhatə olunub.
Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Bu ayın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.