Zabit Səmədov müraciət etdi

Zabit Səmədov müraciət etdi Tanınmış azərbaycanlı idmançı Zabit Səmədov gürcüstanda yaşayan azərbaycanlılara müraciət edib. Müraciətdə deyilir:
"Son illər Azərbaycanla Gürcüstan bir birinə daha yaxın olublar, ortaq maraqları bölüşürlər və bir birinə daim dəstək verirlər. Təbii ki, bunda hər iki ölkənin rəhbərinin mövqeyi önəmli rol oynayır.
Zaman keçdikcə, bu əlaqələrin daha sıx olacağına əminəm. İndi Gürcüstan ciddi seçim astanasındadır. Bundan sonra da Gürcüstan inkişaf, dostluq və mehriban qonşuluq yolunu davam edəcəkmi? Biz bunu istəyirikmi və istəyiriksə nə etməliyik?
Bu sualların cavabı aydındır: həmyerlilərimi qarşıdan gələn seçkilərdə "Gürcü arzusunu dəstəkləməyə və 41-ə səs verməyə çağırıram."

Geri qayıt