Tramp prezident seçilsə, bütün idxal məhsullarına əlavə rüsum tətbiq edəcək

Trampın sözlərinə görə, o, “Amerika şirkətlərinin istehsalını ABŞ-a qaytarmaq” niyyətindədir: "Biz ABŞ-da mallarını istehsal edəcək şirkətlərin vergilərini azaldacağıq. Biz bu şirkətləri ciddi tariflərlə qoruyacağıq, tariflərə inanıram". O, əmindir ki, idxal rüsumlarının artırılması “minlərlə şirkətin” istehsalı ABŞ-a köçürməsinə səbəb olacaq.
Tramp seçki proqramında artıq hər hansı malın idxalına 10 faiz, Çindən idxala 60 faiz, ABŞ-dan kənarda istehsal olunan avtomobillərə isə 100 faiz rüsum tətbiq etməyi təklif edib.
Reuters-in hesablamalarına görə, Tramp administrasiyası 370 milyard dollar dəyərində Çin mallarına gömrük rüsumları tətbiq etməklə ticarət müharibəsi başladıb.