“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə Korsakov limanında qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb. Ümumilikdə gəminin göyərtəsində 7 ekipaj üzvü olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.