Putin BRICS taxıl birjasının yaradılmasını təklif etdi

Putin BRICS taxıl birjasının yaradılmasını təklif etdi
Bu gün Kazan şəhərində BRICS sammitinin ikinci günü keçirilir.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sammit zamanı BRICS taxıl birjasının yaradılması təşəbbüsü ilə çıxış edib. 
O bildirib ki, Rusiya sözügedən məhsulla bağlı ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşdırılması üçün taxıl birjası yaratmağı təklif edir.
Onun sözlərinə görə, taxıl ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rola sahibdir. 
Xatırladaq ki, sammit oktyabrın 24-nə qədər davam edəcək.

Geri qayıt