Paşinyan hələ ədliyyə naziri seçə bilmir: “Qorxurlar”

Papoyan, "namizədlər çoxdur və onlar Ədliyyə Nazirliyinə yaxşı rəhbərlik edə bilərdilər. Lakin müxtəlif səbəblərə, o cümlədən hazırkı işlərinə və məsuliyyətlərinə görə, təəssüf ki, nazir olmaqdan imtina ediblər,"- deyə cavab verib.
Jurnalistlərin “tərəfdarlarınız niyə nazir olmaqdan qorxurlar?” sualına isə Papoyan, "hökumət işi daha çətindir. Həm işin çoxluğu, həm də məsuliyyət baxımından daha ağırdır,"-deyə cavab verib. Bu sözlərlə Papoyan, əslində, jurnalistlərin sualını təsdiqləmiş olub.