KİV: Makronun reytinqi antirekordu yeniləyib

Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir.
“Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər”, - araşdırmada bildirilir.
Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır - fransızlar bu addımı başa düşməyiblər.
Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd - 22%-ə qədər aşağı düşüb.