Tramp Baydenin oğlunu əfv etməyi sui-istifadə adlandırıb

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Co Hanterə verilən əfv bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi? Bu bir sui-istifadə və ədalətin pozulmasıdır!” – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp “yanvarın 6-da “girovlar” dedikdə o, 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın edənləri nəzərdə tutur. Seçilmiş prezident və onun tərəfdarları həmin şəxslərin ədalətsiz şəkildə mühakimə olunduğunu bildirirlər.