İran prezidenti xalqa müraciət edib: "Evdə temperaturu iki dərəcə aşağı salın"

M.Pezeşkian etiraf edib ki, İranda yanacağın keyfiyyəti aşağıdır, bu isə havanın çirklənməsi və cəmiyyətin sağlamlığına zərər vurur.
"Ölkə əhalisindən xahiş edirik ki, daha çox yanacağa qənaət etmək üçün evlərdə istiliyi ən azı 2 dərəcə aşağı salın ki, bu soyuq aylarda vətəndaşları yanacaqla təmin edə bilək. Bu məsələdə anlayışlarına görə insanlara təşəkkür edirik", - deyə M.Pezeşkian əlavə edib.