Yaponiyada Ay qəsəbəsi tikiləcək

"The Lunar Glass" adlanan fırlanan parabolik strukturun hündürlüyü 400 m, diametri isə 200 m olacaq. Burada 10 min nəfərə qədər şəsxin yerləşə biləcəyi gözlənilir.
Hazırda bir çox yapon korporasiyası Ayın məskunlaşdırılması ilə bağlı müxtəlif layihələr həyata keçirir. Xüsusən də, Yerin təbii peykində hərəkət etmək üçün Yaponiyanın ən böyük avtomobil korporasiyası olan "Toyota Motor" tərəfindən xüsusi maşınlar hazırlanır.