Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var

Dinçer Güner Venera ilə Uran arasında kvadrat bucaq olacağını və təsir müddətinin 3 gün çəkəcəyini bildirib.
Bunun bürclərin şəxsi və iş həyatına təsirlərini qiymətləndirən astroloq xəbərdarlıqlar edib:
“Şəxsi həyatda və münasibətlərdə eniş-yoxuşlar olacaq. Bu dövrdə partnyorunuzu sıxmamağa diqqət edin. Münasibətlər çox anidən başlayıb, eyni anda bitə bilər. Əlinizə gözlənilməyən yerdən pul gələ bilər.
Ümumiyyətlə, münasibətlərinizdə gözlənilməz gərginliklər ola bilər. Münasibətinizdə yeni təcrübələrə açıq olun. Bu günlərdə hisslərlə yox, ağılla hərəkət edin. Güzəştə getməyi bacarın”. (Publika.az)