Tramp Baydenin təyin etdiyi 1000-dən çox adamı Ağ Evdən qovur

“Bizim kadrlar idarəsi, “Amerikanı yenidən möhtəşəm et” vizyonumuza uyğun gəlməyən 1000-dən çox adamı qovmaq üzərində fəal işləyir. Prezident yanında Bədən Tərbiyəsi və İdman Şurasından Xose Andres, Milli İnfrastruktur Məsləhət Şurasından Mark Mİlli, Vudro Vilson Mərkəzindən Brayan Huk və Prezidentin İxrac Şurasından Keyşa Lans Bottoms - işdən çıxarıldınız!", -deyə o, qeyd edib.
Bundan əvvəl “The Washington Post” Trampın komandasının ABŞ Dövlət Departamentindən bir sıra yüksək rütbəli karyeralı diplomatların istefasını tələb etdiyini yazıb.