Tramp gözünü bu dəfə Ukraynanın təbii sərvətlərinə dikdi

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərə açıqlama verən zaman deyib.
Tramp bildirib ki, o, Kiyevin dəstək müqabilində elektronikada istifadə olunan nadir torpaq metallarının tədarükünə zəmanət verəcəyi bir saziş üzrə danışıqlar aparmaq istəyir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni bitirmək üçün qələbə planının bir hissəsi kimi ötən ilin oktyabrında belə bir ideya irəli sürmüşdü.