"ABŞ müflis olacaq"

"ABŞ rəhbərliyi büdcə kəsiri ilə bağlı problemi həll edə bilməsə, ölkəni iflas gözləyir".
Yenilik.az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask "Fox News" telekanalına müsahibəsində deyib.
 
O, bildirib: "Əgər kəsirlə bağlı problemi həll etməsək, tibbi yardımın göstərilməsinə pul olmayacaq, sosial sığorta üçün pul olmayacaq. Bu məsələni həll etmək lazımdır. Bu edilməsə, Amerika müflisləşəcək".
 

Geri qayıt