Tramp: "Mən hər şeyin tez qurtarmasını istəyirəm"

"Yaxşı olardı ki, Zelenski Ukraynada döyüş əməliyyatlarının hələ illərlə davam edəcəyində haqlı çıxmasın. Mən hər şeyin tez qurtarmasını istəyirəm. Bunun illərlə davam etməsini istəmirəm".
Ağ Ev rəhbəri Ukraynaya hərbi yardımın dayandırılması variantını hələ müzakirə etmədiyini vurğulayıb. Bundan başqa o, Ukraynanın faydalı qazıntıları üzrə sazişin Vaşinqton və Kiyev arasında bağlanmasının hələ də mümkün olduğunu hesab edir.
D.Tramp Rusiya və Ukrayna xalqlarının sülh istədiyini əlavə edib.