Tramp Çin mallarına rüsumları ikiqat artırdı

Bu barədə "RİA Novosti" məlumat verib.
Sərəncamda fentanil də daxil olmaqla, sintetik opioidlərin axınının qarşısının alınması üçün Çinin qeyri-adekvat səyləri qeyd olunur ki, bu da Tramp Administrasiyasının fikrincə, ölkənin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına ciddi təhlükə yaradır.
Sərəncam əvvəlki rüsum səviyyəsini (10%) yenisi ilə (20%) əvəz etməklə, əvvəlki sənədə birbaşa dəyişiklik edir.
"Çinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı böhranın yumşaldılması üçün kifayət qədər addımlar atmadığını nəzərə alaraq, 14 195 saylı icra sərəncamının iki (a) bəndinə "10%" sözlərinin silinməsi və yerinə "20%" sözlərinin əlavə edilməsi ilə düzəliş edilir", - deyə Trampın Çindən gələn mallara tətbiq edilən tariflərlə bağlı sərəncamında bildirilib.