Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin nəzərinə!

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə qeyd olunub.
Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin əksər vilayətlərində, xüsusilə İstanbulda gemişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda tələbələr də aktiv iştirak edir.
Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Ötən gün – martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.