Putin atəşkəs ideyasını dəstəkləyir, amma cavabsız suallar qalmaqdadır – Peskov

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
"Prezident atəşkəsin zəruriliyini anlayır, lakin bu qərardan əvvəl 'havada qalan' suallara cavab tapmaq lazımdır", – deyə Peskov vurğulayıb.
Kreml rəsmisi əlavə edib ki, bu məsələlər Ukraynanın hərbiləşdirilməsi ilə bağlı planlarla da birbaşa əlaqəlidir: "Söhbət Kiyevin gələcəkdə hərbi potensialının artırılması istiqamətindəki planlarından gedir".
Rusiya tərəfi bu məsələlərin aydınlaşdırılmasını atəşkəs qərarı üçün əsas şərt kimi görür.