ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

"ABŞ Ukraynanın döyüşlərin ədalətli və məqbul sonlandırılması üçün danışıqlar aparmaq qabiliyyətini gücləndirməyə sadiq qalmalıdır", - deyə Miks bildirib.
Qanun layihəsinə əsasən, Ukrayna böhranı həll olunmayacağı təqdirdə Rusiyaya qarşı çox sayda sanksiya və digər iqtisadi tədbir tətbiq ediləcək.
Belə ki, qanun layihəsi maliyyə institutlarına, neft və mədən sənayesinə, habelə Rusiya rəsmilərinə qarşı sərt sanksiyaların və ixrac nəzarətinin tətbiqini nəzərdə tutur.
Bundan əlavə, sənəd Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərilməsi və onun bərpası üçün resursların cəlb edilməsinə yönəlmiş müddəaları ehtiva edir.