Zelenskinin təyyarəsi Ankarada eniş etdi- VİDEO

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də heç bir ilkin şərt olmadan 2022-ci ildə dayandırılmış Rusiya–Ukrayna birbaşa danışıqlarının mayın 15-də İstanbulda bərpasını təklif etmişdi. Vladimir Zelenski bu danışıqlarda şəxsən iştirak etməyə hazır olduğunu bildirmiş, ABŞ-ın sabiq prezidenti Donald Tramp isə ehtiyac yaranacağı halda İstanbula gəlməsinin mümkün olduğunu istisna etməmişdi.
Mayın 14-də məlum olub ki, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyət artıq İstanbula çatıb. Danışıqlar günün ikinci yarısına təxirə salınıb.