Makron: Fransa sülh müqaviləsinin bağlanması üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir

Bunu Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində Tiranada keçirilən ilk plenar sessiyada çıxışı zamanı bildirib.
“Hazırda yekunlaşmaq üzrə olan – və ümid edirəm ki, tezliklə tam olaraq başa çatacaq – iş Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Onların bu istiqamətdə irəliləmək və sülh sazişi imzalamaq səylərinə tam dəstəyimizi ifadə etmək istəyirəm”, – deyə o bildirib.