Trampın nəvəsinə elçi getdi, həbs olundu – Mar-a-Laqoda şok olay!

Dindirilmə zamanı Reyes bildirib ki, məqsədi İncil təbliğ etmək və Prezident Trampın 18 yaşlı nəvəsi Kay Trampa evlənmə təklifi etmək olub. Kay Tramp, prezidentin böyük oğlu Donald Tramp Juniorun qızıdır.
Entoni Reyes Palm Biç dairə həbsxanasına yerləşdirilib. Ona qarşı 50 min dollarlıq girov təyin olunub və Tramp ailəsinin heç bir üzvü ilə əlaqə saxlamasına qadağa qoyulub. Reyes ittihamları qəbul etməyib.
Hadisə ABŞ ictimaiyyətində geniş rezonans doğurub və prezidentin ailəsinin təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib.