İranın hücumu nəticəsində İsraildə ölənlərin sayı 10-a çatıb, 200 nəfər yaralanıb
İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı artıb.Məlumata görə, raket hücumunda 10 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb.
Nəşr bildirib ki, hazırda 20-yə yaxın adam itkin düşmüş hesab olunur.
Eyni zamanda Bat-Yamdakı binanın birbaşa vurulması nəticəsində 6 nəfər həlak olub, Tamraya raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.
