SAXAL SEPAH-ın obyektlərinə silsilə zərbələr endirib

SAXAL SEPAH-ın obyektlərinə silsilə zərbələr endirib İsrail Hərbi Hava Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit bölməsi olan "Qüds" qüvvələrinin və İran ordusunun Tehranda yerləşən komanda məntəqələrinə silsilə zərbələr endirib.
Oxu.Az -ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, əməliyyatlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib. İsrailli hərbçilər iddia edirlər ki, bu mərkəzlərdə İranın Yaxın Şərqdə nəzarətində olan qrupların köməyi ilə İsrailə qarşı hücumlar planlaşdırılırdı.
Bundan əlavə, İranın silah istehsalı zavodlarına və hərbi infrastrukturuna zərbələr endirilib.

Geri qayıt