
İranın bu gecə atdığı raketlərdən biri İsrailin keçmiş nazirlərindən birinin evinə düşüb.Bu barədə Təl – Əvivdə yayınlanan “Kanal 12” TV məlumat yayıb.
Həmin məlumata görə, raket düşən ev İsrailin keçmmiş XİN başçısı Avdiqor Libermana məxsus olub. Bu hadisədən sonra açıqlama verən Liberman bildirib ki, İsrail ordusu dayanmamlıdır. “Biz nüvə proqramının tam məhv edilməsinə, İran hökumətinin devrilməsinə və raket anbarlarının tamamilə məhv edilməsinə qədər davam etməliyik”.