ABŞ-ın “F-22” qırıcıları İrana YAXINLAŞIR

Məlumatda bildirilir ki, qırıcılar artıq Böyük Britaniyada yerləşir və bu aviabaza ABŞ-ın Şimali Amerikadan digər regionlara hava qüvvələrini köçürmək ehtiyacı yarananda əsas bazalardan biri kimi istifadə olunur.
“The War Zone” portalının məlumatına görə, 12 “F-22” təyyarəsi İordaniyada yerləşən “Mavaffika Salti” aviabazasına uçacaq.
“The Aviationist” həmçinin bildirir ki, iyunun 17-18-də ABŞ “Leykenhit” bazasına bir neçə “F-35” “Lightning II” qırıcısı və İtaliyadakı “Aviano” bazasına bir neçə “F-16” “Fighting Falcon” qırıcısı göndərib. ABŞ-dan köçürülən təyyarələr artıq Yaxın Şərqdəki aviabazalara çatıb. Bundan başqa, İsrail və Səudiyyə Ərəbistanına bir neçə “C-17” yük təyyarəsi, ehtimal ki, sursatlarla birlikdə gətirilib. “C-17”lərlə yanaşı, Yaxın Şərqə “KC-135” yanacaq doldurucu təyyarələri də göndərilib. Bu təyyarələrin köçürülməsi barədə daha əvvəl “Associated Press” agentliyi də məlumat yayıb.