
İsrailin Baş naziri Benyamin Netanyahu Beersheba şəhərində raket zərbəsi nəticəsində zədələnmiş xəstəxananın önündə jurnalistlər qarşısında çıxış edib. O, İsrail-İran müharibəsinin bütün ölkə əhalisinə təsir etdiyini vurğulayıb və bu çətinliklərin ailəsinə də toxunduğunu deyib.
Yenilik.az xəbər verir ki, məlumatı Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti yayıb.
Netanyahu bildirib ki, oğlu Avnerin toyu bir daha təxirə salınıb:
“Biz bu müharibəni yalnız siyasi qərarlarla deyil, şəxsi həyatlarımızda da yaşayırıq. Oğlumun toyunu yenidən təxirə salmalı olduq”.